Novruz Bayramı təntənəli şəkildə qeyd olundu

Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bu bayram Fuad Fərhadoğlu adına 230 N-li tam orta məktəbdə təntənəli şəkildə qeyd olundu. Novruz tonqalı ətrafında toplaşan məktəbimizin rəhbərliyi, şagirdləri, müəllim kollektivi və hörmətli qonaqlarımız- Yeni Yüzyıl Universitetinin dekanı Prof.Dr Aysel Aziz və Qlobal Karier İnstitutunun direktoru Orxan Həsənoğlu şagirdlərimizin hazırladıqları bayrama həsr olunan şeirlərə rəqslərə, musiqilərə, pəhləvanlarımızın tamaşalarına, xalq oyunlarına tamaşa etdilər.Yüksək əhval-ruhiyyədə keçən bayram şənliyi həm qonaqlarda, həm də şagirdlərdə əsl bayram ovqatı yaratdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi