Şagirdlərin sağlamlığının qorunması məqsədilə tədbirlər həyata keçirilir

Məktəbimizdə şagirdlərin sağlamlığının qorunmasına xüsusi diqqət ayrılır və bu sahədə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Belə ki, məktəbimizlə yanaşı 31 saylı BŞX-nin həkimləri məktəbimizdə şagirdlərlə görüşür və lazımi tədbirlər həyata keçirirlər.

Şagirdlər arasında talassemiyanın profilaktikası sahəsində geniş maarifləndirmə işinin, İİV infeksiyasının profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədi ilə müvafiq tədbirlərin, QİX-in risk amillərinin qarşısının alınmasını gücləndirmək üçün insan resurslarının bacarıqlarının artırılması, Şəkərli diabetə düçar olmuş uşaq və gənclərin təhsil aldıqları təhsil müəssisələrində tibb mütəxəssisləri və müəllimlər vasitəsilə xüsusi nəzarətin təşkil edilməsi məqsədilə tədbir keçirilmişdir. 31 saylı BŞX-nin həkimi İlahə həkimin çıxışı yuxarıda sadalanan bütün mövzuları əhatə etdi və şagirdlərin böyük marağına səbəb oldu. Sonra şagirdləri maraqlandıran suallar cavablandırıldı. Sonda şagirdlərə maarifləndirici bukletlər paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi