“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda ənənəvi dərslər təşkil edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda ənənəvi dərslər təşkil edilir. 17 may tarixində məktəbimizdə tarix müəllimi Elzamin Həsənov və Təlim-tərbiyə işləri üzrə direktor müavini Tural Hətəmov məktəbin on birinci sinif şagirdləri qarşısında “Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz”, “Ulu öndər Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır”, “Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi” mövzularda məruzələri ilə çıxış etdilər. 
"Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsinin əsas məqsədi Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ulu Öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi