Məktəbin idmançı şagirdləri ilə görüş keçirilmişdir

Bu gün məktəbimizin idman yarışlarında fərqlənən və bu sahədə uğurlu çıxışlarını davam etdirən şagirdlərlə məktəb rəhbərliyinin görüşü keçirilmişdir. Görüşdə cənab Prezident İlham Əliyevin idmana olan qayğısından bəhs edilmiş və Azərbaycanın gələcəyi olan idmançıların üzərinə böyük yük düşdüyü vurğulanmışdır. Belə ki, qeyd edilmişdir ki, 8 may tarixi Azərbaycanın dilbər guşələrindən biri olan Şuşanın işğalı günüdür. Bu gün Azərbaycanın idmançı, sağlam bədənli, igid, Mübariz qeyrətli oğullara ehtiyacı var. Hər birimiz işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmağa, döyüşə hazır olmalıyıq və yoldaşlarımızı da bu yöndə istiqamətləndirməliyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi