27 İL ŞUŞASIZ

1992-ci ilin bu günü Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olunmuşdur. Tariximizə qara hərflərlə qeyd olunan bu günü şagirdlərə xatırlatmaq və bu günü unutmamaq üçün Şuşanın tarixini özündə əks etdirən film nümayiş olundu. 
Film izləndikdən sonra məktəbin direktoru Təhmasib Məmiyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Tural Hətəmov şagirdlərə Şuşa şəhəri haqda ətraflı məlumat verərək - Şuşanın tarixi mərhələləri, məscidləri, burada anadan olan tarixi şəxsiyyətlər, mədəniyyət xadimləri haqqında fikirləri qeyd etmişlər.
Sonda qeyd edilmişdir ki, Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin əmrini gözləyir və işğal olunmuş torpaqlarımızı qısa vaxt ərzində azad etməyə qadirdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi