10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar 7 may tarixində məktəbimizdə iməclik keçirilmişdir

9 May "Qələbə günü" və 10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar 7 may tarixində məktəbimizdə iməclik keçirilmişdir. Məktəbin texniki işçiləri, həmçinin pedaqoji kollektivi və şagirdlər böyük həvəslə iməclikdə iştirak etdilər. Belə ki, məktəb ərazisinin sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib.