Texniki peşə məktəbinin nümayəndələri məktəbimizdə

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”inin təsdiqindən sonra məktəbimizdə bu sahəyə şagirdlərin marağının artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. 
Belə ki, 30 aprel tarixində Buzovna qəsəbəsindəki 5 nömrəli texniki peşə məktəbinin nümayəndələri
məktəbimizin IX və XI sinif şagirdləri ilə görüşüblər. Onlar məktəblilərə mərkəzin maddi-texniki bazası, tədris olunan ixtisaslar, qəbul qaydaları haqqında ətraflı məlumat verib, şagirdləri maraqlandıran sualları cavablandırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi