Mart ayı "Mütaliə" ayı elan olundu

Şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarovun 16 dekabr 2014-cü il tarixli əmrinə əsasən məktəbimizdə müxtəlif tədbirlər həyata keçirilir. Məktəb rəhbərliyi öz təşəbbüsü ilə məktəb kitabxanasını 245 adda müxtəlif bədii kitab və metodik vəsaitlərlə zənginləşdirmişdir. Eyni zamanda mart ayı "Mütaliə" ayı elan edilmişdir. Həmçinin bu ay ərzində müəllim və şagirdlər arasında "Məktəb kitabxanasını zənginləşdirək" devizi altında tədbir həyata keçirilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi