“Gəlin mütaliə edək “ adlı tədbir keçirildi

18.04.2019-cu il tarixində  Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbdə Təhsil Naziri Ceyhun  Bayramovun 5 mart 2019-cu il tarixli əmrinə əsasən “Oxu günü”nün keçirilməsi ilə əlaqədar olaraq genişmiqyaslı  “Gəlin mütaliə edək “ adlı tədbir keçirildi.

Tədbirə RUGİM  rəhbəri Firuzə Sultanzadə, TDM-nin direktoru Züleyxa Ələkbərova və əməkdaşları, Xəzər Rayonu İcra hakimiyyətinin əməkdaşı  Ofelya Məmmədzadə, Heydər Əliyev Fondunun əməkdaşları, Xəzər Rayon Həmkarların Komitəsinin sədri Həzərxan Əbilov, 149 №li tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva, 125 №li tam orta məktəbin direktoru Zeynəb Əliyeva  , SOCAR-ın əməkdaşları, A.S.Makarenko adına gimnaziyanın Uşaq birliyi rəhbəri  Gülnar Abbasova   dəvət olunmuşdular.

Məktəbin bayramsayağı bəzədilmiş foyesinə daxil olan hər kəs bir anlıq sirli bir aləmə düşdüyünü düşünürdü.

Tədbir riyaziyyat,ədəbiyyat,  biologiya –fizika, ingilis dili -coğrafiya  müəllimlərinin  hazırladıqları nümunəvi açıq dərslərlə başladı. Qonaqlar nümunəvi dərslərə baxış keçirdilər.Bu da məktəbin yeniliyə  açıq olması haqqında məlumat verirdi.Dərs dinləyən qonaqlar məktəbin dəhlizində  açılmış  “ Nağıllar aləmi “ adlı hissəyə daxil oldular.Burada hər bir sinfin  mütaliə etdikləri əsərlərə hazırladıqları kompazisyalar  yer almışdı. Bir –birindən gözəl hazırlanmış bu kompazisyaları balacalar özləri təqdim etdilər.Hər bir personajın canlı çıxışı qonaqları valeh etdi.

 Cəli Məmmədquluzadənin   150 illiyi , İ.Nəsiminin  850 illiyi ilə əlaqədər əsərlərdən kompazisiyalar və şeirlər təqdim edildi. Qonaqlar digər dəhlizə yaxınlaşanda  “ Bacarıqlı əllər “ adlı hissəyə daxil oldular. Burada məktəbin kiçik rəssamlarının əl işləri toplanmışdı.Qonaqların qarşısında heykəllər düzəldən , rəsm çəkən şagirdlər  incəsənətə olan maraqlarını bir daha sübut etdilər.

Sonra qonaqlar idman zalına daxil oldu. 230 nömrəli məktəbin müəllim və şagird kollektivi daima idman yarışlarında uğurla çıxış etmişdir. “Sağlam bədəndə sağlam ruh “ devizi altında şagirdlər qonaqlara öz bacarıqlarını nümayiş etdirdilər.

Akt zalına qalxan qonaqlar yol boyu kitabxananın, kitabı, mütaliənin üstünlüklərini əks etdirən atalar sözü və aforizmlərlə tanış oldular.

Akt zalının girişində təşkil olunmuş muzey bir daha xalqın tarixi haqqında geniş məlumat verirdi.

Balacaların hazırladıqları  “ Sehirli dünyam “ adlı ədəbi –bədii kompazisiya ilə tədbir tamamlandı.Tədbirin sonunda söz məktəbin direktoruna  verildi.

Təhmasib Məmiyev qonaqlara təşəkkür etdi. Məktəbdə bu cür tədbirlərin davamlı keçirildiyini vurğuladı. Qeyd etdi ki, “ Oxu  Günü “ nə həsr olunmuş tədbirlər silsiləsi bir aydır  ki, davam edir.Bu müddət ərzində siniflərdə kiçik kitabxanalar, əsərlərin müzakirəsi , dəyirmi masalar, viktorinalar təşkil olunmuşdur.

Sonra çıxış edən qonaqlar : RUGİM  rəhbəri Firuzə Sultanzadə, TDM-nin direktoru Züleyxa Ələkbərova və əməkdaşları, Xəzər Rayonu İcra hakimiyyətinin əməkdaşı  Ofelya Məmmədzadə, Heydər Əliyev Fondunun əməkdaşları, Xəzər Rayon Həmkarların Komitəsinin sədri Həzərxan Əbilov, 149 №li tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva, 125 №li tam orta məktəbin direktoru Zeynəb Əliyeva  , SOCAR-ın əməkdaşları, A.S.Makarenko adına gimnaziyanın Uşaq birliyi rəhbəri  Gülnar Abbasova tədbirdən çox razı qaldıqlarını söylədilər. Təhmasib Məmiyevin rəhbərliyi ilə bir yumruq şəklində birləşən kollektivə təşəkkürünü bildirdilər.

Bu tədbirlər  gələcək nəslin milli-mənəvi  dəyərlərə yiyələnməsində böyük rol oynayır.

            Dəyirmi masa arxasında yenidən toplaşan qonaqlar və kollektiv üzvləri tədbiri bir daha müzakirə etdilər. Onlar qeyd etdilər ki,  “Oxu günü” çərçivəsində tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi