“Ölkəmizi tanıyaq” adlı maarifləndirici tur-aksiya keçirildi

Hər il olduğu kimi bu il də şagirdərin maarifləndirilməsi və yaşadıqları ölkənin milli–mənəvi dəyərləri, zəngin təbiəti ilə tanış olmaq və təəsüratlarını həmyaşıdları ilə bölüşmək və daha çox bilgi əldə etmək məqsədi ilə 23 mart 2019-cu il tarixində “Ölkəmizi tanıyaq” adlı tur-aksiya təşkil olundu. Bu dəfə şagirdlər qədim Naxçıvan şəhərinin zəngin təbiəti, tarixi abidələri ilə tanış oldular. 
Tur-aksiyada məktəbimizin IX sinif şagirdi İbrahimov Polad iştirak edirdi.
Tur boyunca şagirdlər müxtəlif intellektual oyunlarda iştirak etdilər və diskusiyalar keçirtdilər. Onlar “Möminə Xatun türbəsi”ndə, ”Xan evi”ndə, “Heydər Əliyev” muzeyində və “Xalça” muzeyində oldular. Növbəti gün şagirdlər “Gülüstan türbəsi”, “Məhəmməd Tağı Sidqinin ev muzeyi”, “Qeysəriyyə” muzeyi, “Məmməd Səid Ordubadinin ev muzeyi, kimyaçı alim “Yusif Məmmədəliyevin ev muzeyi”ni ziyarət etdilər. Turun 3-cü günü şagirdlər “Naxçıvan Gənclər Mərkəzi”ndə oldular və burda “Ölkəmizi tanıyaq” tur iştirakçıları arasında intellektual breyn rinq yarışı təşkil olundu. Daha sonra “Qarabağlar” muzeyi, “Naxçıvan qalası”nda yerləşən qədim məqbərədə, “Duz dağı”, “Tarix muzeyi”, “Bayraq muzeyi”ndə oldular. Turun sonuncu günü “Təbii ot çaylarının istehsalı” zavodu və milli geyimlərimiz, qədim əşyalardan, xalçalardan təşkil olunmuş tarix muzeyində oldular. Sonda şagirdlərimiz gözəl bir təəsüratla geri qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi