31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

29 mart tarixdə Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbdə 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar geniş tədbir keçirilmişdir. 
Əvvəlcə tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Məktəbin tarix müəllimi Elzamin Həsənov soyqırım barədə geniş məlumat verərək bildirmişdir ki, soyqırım bir millətin, xalqın soyunun şüurlu şəkildə qırılması, məhvi deməkdir. Ermənilər azərbaycanlılara qarşı iki əsr davam edən soyqırımı etmişlər. Düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişdir. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdur. 
Sonra soyqırımla bağlı videoçarx nümayiş etdirilmişdir.
Sonda çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tural Hətəmov qeyd etmişdir ki, Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti bir əsrdə bir neçə dəfə təkrarlanmış, 31 martda Stepan Şaumyanın başçılığı altında qısa müddət ərzində 50 mindən çox azərbaycanlı həlak olmuşdur. 
Biz mənfur qonşularımızın tarix boyu başımıza gətirdikləri bu vəhşilikləri unutmamalı və gələcək nəsillərə çatdırmalıyıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi