İmadəddin Nəsinin 650 illiyinə həsr olunmuş "Dəyirmi masa" təşkil etmişdir

Artıq 650 ilə yaxındır ki, Şərq fəlsəfəsində Nəsimi təfəkkürü öz yerini qoruyub saxlayır.1369 -cu ildə Şamaxıda anadan olan bu böyük mütəfəkkirin önümüzə gələn ildə 650 illik yubileyinin qeyd ediləsi həm də Nəsimi təfəkkürünü daha geniş, daha aydın çatdırmaq üçün bir bəhanədir.Bu səbəbdən də məktəbimizin ədəbiyyat müəllimi Gülnar Rəhimli rəhbəri olduğu 10 A sinfi ilə birgə Nəsimi yaradıcılığına həsr olunan sinifdaxili kiçik dəyirmi masa təşkil etdi. Dərs zamanı şagirdlər Nəsimi yaradıcılığının əsas özəlliklərini vurğuladılar, Nəsimi qəzəlləri şagirdlərin ifasında səsləndirildi, "Nəsimi" filmindən fraqmentlər göstərildi, video çarx nümayiş etdirildi. Beləliklə, Nəsimi yaradıcılığının müəyyən bir qisminə nəzər salınaraq, unudulmaz şairimiz bir daha xatırlandı. "Dəyirmi masa" da iştirak edən məktəb rəhbərliyi və müəllimlər şagirdlərin hazırladıqları təqdimatları, söylədikləri şeirləri, müəllimin əməyini yüksək qiymətləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi