"Şagirdlərdə islami dəyərlərin formalaşdırılması" mövzusunda "Dəyirmi masa" keçirilmişdir

İslam dininin humanist mahiyyətli, sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış dini olmasını şagirdlərə çatdırmaq üçün 27 mart tarixində bir qrup şagirdin iştirakı ilə  " İslami dəyərlərin formalaşdırılması" mövzusunda "Dəyirmi masa" təşkil olundu. "Dəyirmi masa"nı giriş sözü ilə açan məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Tural Hətəmov İslamın sülh dini olması, dini fanatizmin, dini radikal meyillərin, məzhəb ayrı-seçkiliyinin zərərli nəticələri barəsində danışdı. Daha sonra çıxış edən məktəbin ədəbiyyat müəllimi Gülnar Rəhimli dini xurafat, ehkamçılıq və cəhalətin tənqidinə həsr olunmuş ədəbi əsərlərdən nümunələr gətirərək İslamın görkəmli şəxsiyyətlərinin mənəviyyat, vətən təəssübü, elm, təhsil haqqında ibrətamiz fikirlərini şagirdlərin diqqətinə çatdırdı. "Dəyirmi masa" şagirdlərin məruzələri və mövzu ətrafında müzakirələri ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi