Şagirdlərin ölkəmizdə baş verən ictimai-siyasi, sosial hadisələrə obyektiv münasibət formalaşdırılması mövzusunda tədbirlər həyata keçirilir

Şagirdlərin ölkəmizdə baş verən ictimai-siyasi, sosial hadisələrə, əldə olunan uğurlara obyektiv münasibət formalaşdırılması üçün ideoloji maarifləndirmə işi həyata keçirilir.  Belə ki, mart ayı ərzində ayrı-ayrı siniflərdə sinif təşkilat saatları bu mözuya həsr olunmuş, "Dəyirmi masa"lar və mühazirələr təşkil olunmuşdur. 18 mart tarixində məktəbin akt zalında məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini Tural Hətəmovun seminar-mühazirəsi təşkil olundu. Tədbir dövlət himninin ifası ilə başlandı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlməsi ilə son 16 ildə əldə olunan uğurları özündə əks etdirən videoçarx nümayiş olundu. Daha sonra Tural Hətəmov Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi, ölkəmizdə sosial-iqtisadi sahələr üzrə, o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri, ordu quruculuğu, ölkəmizin müdafiə qüdrətinin güclənməsi, Azərbaycanın təşəbbüsü və iştirakı ilə beynəlxalq miqyaslı iqtisadi layihələrin həyata keçirilməsi, ölkə vətəndaşlarının maddi rifahının və sosial vəziyyətinin yüksəldilməsi, o cümlədən məcburi köçkün əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycanın dünya reytinqli idman yarışları və siyasi tədbirlərə, incəsənət layihələrinə ev sahibliyi etməsi barəsində geniş məruzə ilə çıxış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi