"Novruz Bayramı" təntənəli şəkildə qeyd edildi

18 mart tarixində məktəbimizin ibtidai sinif müəllimlərinin təçkilatçılığı ilə "Novruz Bayramı" təntənəli şəkildə qeyd edildi. 
Tədbirə qonaq qismində məktəbin keçmiş direktoru İlyas müəllim, pedaqoji fəaliyyətini başa vuraran Qalib müəllim və bir sıra valideynlər iştirak edirdi.
Milli adət-ənənələrlə zəngin Novruz bayramına və baharın gəlişinə həsr olunmuş tədbir valideyn və şagirdlərin böyük marağına səbəb oldu. Novruz adətlərinin tərənnümü ilə keçən rəngarəng tədbirdə şagirdlər müxtəlif şeirlər, kiçik tamaşalar, musiqilər ifa etdilər, rəqslər nümayiş etdirdilər.
Müxtəlif xalqların milli geyimləri ilə multikultural dəyərləri nümayiş etdirən şagirdlər xalqımızı təbrik etdilər.
Novruzun rəmzləri Kosa, Keçəl, Bahar qızları şagirdlərə baharın gəlişini elan edərək yazda ağacların tumurcuqlayıb, çiçəkləməsi, torpağın oyanışı kimi də insanların gözəl keyfiyyətləri ilə özlərini oyatmasını, təmiz, səliqəli, intizamlı, nümunəvi şagirdlər olmasını arzu etdilər.
Tədbirin sonunda çıxış edən məktəbin direktoru Təhmasib Məmiyev çıxış edərək bildirdi ki, xalqımızın qədim və milli bayramı olan Novruz bayramı bu gün bütün ölkədə sevinclə qeyd olunur. Ümummilli Liderimiz Heydər Əliyevin bu gözəl bayrama verdiyi önəm, ölkə prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə bayram tədbirlərində iştirakı buna bir daha sübutdur. Novruz bayramı yazın gəlişi, torpağın ayılması, ilin dəyişməsi, canlıların ruhunun təzələnməsidir. 
Bu bayramın simvolları, səməni, Bahar qızı, Kosa və Keçəl daha da bu günü maraqlı edir.
Sonda məktəbin direktoru Təhmasib Məmiyev qeyd etdi ki, bu bayram həm də özündə xeyriyyəçiliyi təbliğ edir və bu adət bizə keçmişdən qalmışdır. Məhz, buna görə də qəsəbədə yerləşən imkansız ailələrə bayram sovqatları hazırlanmışdır. 
Tədbirin sonunda 60-dan çox ailəyə bayram sovqatları paylanaraq maddi yardım göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi