“Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib

14 mart tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Xəzər rayon 230 nömrəli orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbir iştirakçılarına “Fövqəladə hallar ilə bağlı ümumi məlumat”, “Zəlzələ”, “Sel və daşqın”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” və “112” qaynar telefon xətti” haqqında ətraflı məlumat verilib.
Tədbirin məqsədi şagirdlərin həyat təhlükəsizliyinin təmin edilməsi, ərazilərin fövqəladə hallardan etibarlı qorunması sahəsində əlaqədar təşkilatların işinin səmərəli təşkili, fövqəladə hallarda xəbərdarlıq, nəticələrinin aradan qaldırılması sahəsində şəhər fövqəladə hallar komissiyaları ilə birgə işin təkmilləşdirilməsindən ibarət olub.
Sonda mövzulara dair suallar cavablandırılıb və videoçarx nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi