"Sərhəd" hərbi idman oyunununda komandamız 2-cilik qazandı

7 mart 2019-cu il tarixdə 230 nömrəli tam orta məktəbdə Dövlət Sərhəd Xidmətinin Sahil mühavizəsi,Xəzər rayon İcra Hakimiyyəti və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon məktəbliləri arasında "Sərhəd" hərbi idman oyunu keçirilmişdir. Yarışa başlamadan öncə 230 saylı tam orta məktəbin vətənpərvərlik mövzusunda şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyaya baxış keçirilmişdir. Daha sonra tədbirdə iştirak edən qonaqlar - Dövlət Sərhəd Xidmətinin Sahil Mühavizəsinin rəis müavini polkovnik- Elnur Həbibov, Bakı şəhər Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin əməkdaşı Mürsəl Qurbanov,Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Nəsirov çıxış edərək yarış iştirakçılarını salamlamış daha sonra hərbi idman oyunlarının əhəmiyyətindən danışaraq, yarış iştirakçılarına uğurlar arzu etmişlər. Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə görə I yeri - 185 nömrəli tam orta məktəb, II yeri 230 nömrəli tam orta məktəb, III yeri 26 nömrəli tam orta məktəb tutmuşdur. Yarışda mərhələlər üzrə yüksək nəticə göstərmiş komandalar da müvafiq diplomlarla mükafatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi