"Narkomaniya ümumbəşəri bəladır" və "İnternetdən təhlükəsiz istifadə" mövzularında tədbir keçirilmişdir

5 mart tarixdə Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin akt zalında məktəbin şagird və müəllim kollektivinin iştirakı ilə "Narkomaniya ümumbəşəri bəladır", "Yol hərəkəti qaydalarına riayat edək", "İnternetdən təhlükəsiz istifadə" mövzularında geniş profilaktiki tədbir keçirilmişdir. 
Tədbirdə qonaq qismində Xəzər RPİ-nin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev, Xəzər RPİ-nin əməliyyat üzra rəis müavini, polis polkovnik-leytenantı Famil Vəliyev, Xəzər RPİ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi polis polkovnik-leytenantı Seyfəl Leysanov, Xezer RPİ-nin 1-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Murad Hüseynov iştirak edirdi.
Tədbirdə çıxış edən Xəzər RPİ-nin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev bildirdi ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Çıxışının sonunda polis polkovniki İsfəndiyar Mehbalıyev vurğulayıb ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.Narkomaniya gənclərin cəlb olunmaması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir. 
Sonra tədbir məktəblilərin sual-cavabları ilə diskusiya şəkilində davam etdi. Sonda "Narkomaniyanın gətirdiyi bəlalar" mövzusunda film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi