1 mart “Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar maarifləndirmə tədbiri keçirildi

1 mart “Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar mülki müdafiə və fövqəladə hallarda mühafizə sahəsində şagirdlərin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, müəllim və şagirdlərin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi məqsədilə məktəbimizdə “Fəlakətlərə qarşı mübarizədə mülki müdafiə sahəsində qarşılıqlı fəaliyyət” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə məktəbin 5-6-cı sinif şagirdləri və müəllimlər iştirak edirdi. Tədbirdə çıxış edən məktəbin Təlim-tərbiyə İşləri üzrə Direktor müavini Tural Hətəmov Beynəlxalq Mülkü Müdafiə Gününün tarixindən, baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydaları haqqında geniş məlumat verilmişdir. Müxtəlif təbii fəlakətlər zamanı şagirdlərə məktəb ərazisində necə hərəkət etməli olduqlarını slaydlar vasitəsi ilə geniş izah edildi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi