"Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya təşkil olunmuşdur

Məktəbin Fəaliyyət Planına uyğun olaraq Xocalı faciəsinin 27-ci ildönümünə həsr olnmuş silsilə tədbirlər həyata keçirilmişdir. "Xocalı Soyqırımı"na həsr olunmuş inşa, rəsm müsabiqələri keçirilmiş, dəyirmi masalar, kiçik konfranslar təşkil olunmuş, sənədli filmlər nümayiş olunmuş və sinif divar qəzetləri "Xocalı faciəsi"nə həsr olunmuşdur.
Keçirilən tədbirlərə yekun olaraq bu gün bütün siniflərdə ilk dərslər "Xocalı soyqırımı"na həsr olunmuş və məktəbin akt zalında şagirdlərin hazırladığı "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya təşkil olunmuşdur.
Tədbir Dövlət Himninin ifası ilə başlamış və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etmişdir. Şagirdlər həmin qanlı-qadalı günü tərənnüm edən şeirlər səsləndirdilər. Ardınca rus və ingilis dillərində dünyaya "Xocalı Soyqırımı"na hüquqi qiymət verilməsi üçün çıxışlar etdilər. Daha sonra Milli Qəhrəmanımız Çingiz Mustafayev haqqında məlumat verilmiş və onun lentə aldığı sənədli filmlərdən fraqmentlər nümayiş etdirildi. Sonda çıxış edən məktəbin Təlim-tərbiyə İşləri üzrə Direktor Müavini Tural Hətəmov çıxış edərək erməni xalqının məkrli niyyətinin tarixindən danışaraq, "Xocalı Soyqırımı"nın insanlıqdan kənar bir vəhşilik olduğunu diqqətə çatdırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi