İkincilər Təsviri incəsənət dərsində "Xocalı faciəsi"ni təsvir etməyə çalışdılar
Məktəbimizin Fəaliyyət planına uyğun olaraq şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Belə ki, bu gün ibtidai sinif müəllimimiz Rasif Məmmədov rəhbərik etdiyi 2a sinfində Təsviri incəsənət dərsini "Xocalı faciəsi"nin təsvirinə həsr etdi. Şagirdlər Xocalı faciəsini gözləri ilə görməsələr də müəllimlərinin, valideynlərinin dediklərindən, filmlərdən aldıqları təəssüratları uşaq təxəyyülü ilə ağ kağızlara köçürdülər. Rəsmlərdə fevralın 25-dən 26-a keçən gecə əliyalın, silahsız xalqa qarşı dəhşətli divan tutulması, qəddarcasına onların qətlə yetirilməsi, eyni zamanda bütün bu vəhşiliklərə sinə gərən mərd oğul və qızlarımızın məğrurluğu öz əksini tapmışdır.