Milli-mənəvi, ümumbəşəri və multikultural dəyərlərin təbliği həyata keçirilir

Məktəbin fəaliyyət planının 2.2.1-ci bəndinə uyğun olaraq milli-mənəvi ümumbəşəri və multikultural dəyərlərin təbliği, milli-mənəvi dəyərlərimiz tariximizdir mövzusunda bir sıra tədbirlər həyata keçirilir. Belə ki, texnalogiya müəllimimiz Kifayət Allahverənova 7a sinfində "Əsirlərin xəzinəsi, Azərbaycan milli geyimləri" mövzusunda xüsusi dərs keçmişdir. Dərs prosesində şagirdlər tarixi milli geyimlərimizlə ənani tanış olmuşlar. Müəllim şagirdlərin diqqətinə çatdırmışdır ki, Azərbaycan milli geyimləri xalqın maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranmışdır. Geyim xalqın tarixilə çox sıx əlaqədardır. Belə ki, xalqın maddi mədəniyyətini, xalqı xas olan xüsusiyyətləri daha çox əks etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Xalqın etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır. 
Dərsdə iştirak edən məktəb rəhbərliyi və müəllimlər dərsin gedişindən və şagirdlərin fəaliyyətindən razı qaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi