"Ana dilimizi sevərək öyrənək" devizi ilə "Bilik yarışı" keçirilmişdir

21 Fevral tarixində "Beynəlxalq Ana Dili Günü"ü münasibətilə məktəbimizin 8-11-ci sinif şagirdləri arasında "Ana dilimizi sevərək öyrənək" devizi ilə "Bilik yarışı" keçirilmişdir. Əvvəlcə dövlət himni səsləndi və hamılıqla ifa olundu. Sonra tədbirin aparıcıları bu əlamətdar günün yaranma tarixi haqqında məlumat verdilər. Ardınca yarış başladı və komandalar onlara ünvanlanan sualları cavablandırdılar. Gərgin keçən mübarizənin sonunda "Uğur" komandası qalib oldu. Qalib komandanın üzvləri diplomla mükafatlandırıldı.
Sonda yekun sözlə çıxış edən məktəbin direktoru Təhmasib Məmiyev tədbirin təşkilatçısı Gülnar Rəhimliyə təşəkkür etdi və bu günün önəmindən bəhs edərək bildirdi ki, ana dilinin saflığını qorumaq, ədəbi dil normalarının gözlənilməsinə nəzarət etmək, həmçinin dili yad ünsürlərdən təmizləmək hər bir vətəndaşın borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi