“Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirilir.
Bu layihənin keçirələcəyi tarix və tədbirlər barədə əvvəlcədən məktəbimizin valideynləri məlumatlandırıldı.Beləliklə, bu gün bu layihə həyata keçirildi. 
İlk dərslərdən etibarən valideynlər övladlarının təhsil aldıqları siniflərdə dərsin gedişini izlədilər. Sonra valideynlərlə məktəb rəhbərliyinin akt zalında ümumi yığıncağı keçirildi. İclasda 1-ci yarımilin hesabatı ilə çıxış edən məktəbin direktoru Təhmasib Məmiyev çıxışının sonunda valideynləri maraqlandıran sualları cavablandırdı. Sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Tural Hətəmov 1-ci yarımilin yekunları barədə valideynləri məlumatlandırdı. Daha sonra məktəb psixoloqu Nailə Talışxanova məktəb-valideyn münasibətlərinin şagird nailiyyətlərinə təsiri haqqında çıxış etdi. 
Həmkarlar İttifaqının Sədri Qıztamam Fərzəliyeva şagird tərbiyəsində ailə və məktəbin rolu mövzusunda çıxış etdi. 
Sonda valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənildi. 
Daha sonra valideynlər nümunəvi dərslərdə iştirak etdilər. Şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular və məktəb foyesində təşkil olunan şagirdlərin ədəbi-bədii kompozisiyanı izlədilər. Şagirdlərimizin hazırladıqları çıxışlar alqışlarla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi