Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd edildi

7 fevral tarixində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
Mübariz ona qoyulan adı doğrultdu. Adının möhtəşəmliyini, Vətənin, torpağın yaddaşına yazılan əbədiyaşarları zamanın küləkləri, tufanları silə bilməyəcək. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Hər dəfə sevgidən söz düşəndə deyərdi ki, mənim vurğunu olduğum Vətəndir!
Bu gün Azərbaycan xalqı öz qəhrəmanını unutmur. Dövlət səviyyəsində Mübarizin qəhəmanlığı qiymətləndirilir və onun şücaəti gələcək nəsillərə ötürülür. Bu gün bu əlamətdar gün münasibətilə məktəbimizin şagirdləri və pedaqoji kollektivi Mübariz İbrahimovun doğum gününü təntənəli tədbirlə qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi