Pedaqoji Şuranın növbəti iclası keçirilmişdir

31.01.2019-cu il tarixində Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın 2018-2019-cu tədris ili üçün üçüncü iclası keçirildi.
İclası giriş sözü ilə açan Pedaqoji Şuranın sədri Təhmasib Məmiyev ikinci yarımildə pedaqoji kollektivə uğurlar arzuladı və iclasın gündəliyində duran məsələləri şura üzvlərinin diqqətinə çatdırdı.
İcasın gündəliyində duran məsələlər oxunduqdan sonra məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Tural Hətəmov geniş məruzə ilə çıxış edərək birinci yarımildə əldə olunan nəticələr, yeni qiymətləndirmə forması və aparılan jurnal yoxlamaları haqqında məlumat verdi. 
Ardınca çıxış edən təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnar Şirinova da, ibtidai siniflər üzrə əldə olunan şagird nailiyyətləri haqqında geniş təqdimatla çıxış etdi. 
Daha sonra 2-ci yarımilin Fəaliyyət planı haqqında kollektiv məlumatlandırıldı və Təhsil Naziri Ceyhun Bayramovun müvafiq əmrinin birinci bəndində qeyd olunan "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı" haqqında pedaqoji kollektivə geniş məlumat verilmişdir. 
Sonra birinci yarımildə "Ən yaxşı sinif müsabiqəsi"nin qalibləri və fərqlənən müəllimlər rəhbərlik tərəfindən diplomla mükafatlandırılmışdır. Sonda iclasın gündəliyində duran digər məsələlər geniş müzakirə olundu, pedaqoji kollektivin təklif və iradları dinlənildi, hər bir məsələ müzakirə olunaraq yekun qərar qəbul olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi