"Peşə, ixtisaslar və onların seçimi" mövzusunda seminar keçirilmişdir

Bu gün məktəbimizdə psixoloq Nailə Talışxanova təşkilatçılığı və yuxarı sinif şagirdlərinin iştirakı ilə "Peşə, ixtisaslar və onların seçimi" başlığı altında seminar keçirildi. Bu növ tədbirlərin keçirilməsində məqsəd şagirdlərimizə peşə seçməkdə düzgün istiqamət verərək, onları müasir dövrümüzdə tələbat olan peşələrə yönəltməkdən ibarətdir.
Seminarda xüsusilə vurğulandı ki, şagirdlərin düzgün peşə istiqamətini öncədən müəyyən etmək, onlara daha çox uğur qazandıran sənəti aşkarlamaq imkanı eyni zamanda bir neçə vəzifəni yerinə yetirir. Gənclər gördükləri işə həvəslə yanaşır və həyatdan zövq alır, valideynlər övladlarını uğurlu və xoşbəxt görür, nəticədə isə Azərbaycana səmərə gətirən yeni peşəkarlar nəsli böyüyür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi