Yeddinci sinifdə kimya fənnindən "Açıq dərs" keçrilmişdir

Məktəbimizin kimya müəllimi Gülüstan Niftəliyeva məktəbin 7a sinfində "Nisbi atom və nisbi molekul kütləsinin hesablanması" mövzusunda "açıq dərs" keçmişdir.
Dərsin "Motivasiya" mərhələsində uşaqlar əvvəlcədən tapşırılmış elementlər haqqında araşdırmalarını təqdim edirlər. Sonradan hər bir elementin fərqli kütləyə, xassəyə malik olmasından yola çıxaraq yeni mövzu izah edildi. Şagirdlər "Atom", "Qızıl", "Proton", "Nüvə" adları ilə 4 qrupa bölünmüşdülər. 
Hər qrupa iş vərələri paylanıldı və verilən vaxt bitdikdə təqdimatlar edildi.
Sonda qruplar "Tap görək" lövhəsində olan suallara cavab verdilər. Dərsin sonunda şagirdlər meyarlar üzrə qiymətləndirildilər. Dərsi dinləyən məktəb rəhbərliyi və müəllimlər müəllimin fəaliyyətini yüksək qiymətləndirdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi