Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi qeyd olundu

2018-ci il 22 dekabr tarixində Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı "Mixaylo" ləqəbli Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi tamam olur.
Bu münasibətlə məktəbin akt zalında tarix-coğrafiya metodbirləşməsinin təşkilatçılığı ilə Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi qeyd olundu. Şagirdlər qəhrəmanımızın həyat yoluna nəzər saldılar. Qəhrəmanın həyat yoluna həsr olunmuş "Uzaq sahillərdə" filmindən fraqmentlər nümayiş edildi.
Sonda çıxış edən məktəbin direktoru Təhmasib Məmiyev bildirdi ki, Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb.
Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi