Dekabrın 17-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd etdilər

Dekabrın 17-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd edirlər. Bu münasibətlə məktəbimizin Hərbi rəhbəri Alim Mirxasov yuxarı sinif şagirdlərinin iştirakı ilə "Xüsusi dərs" keçmişdir. O bildirmişdir ki, Azərbaycan müdafiə sənayesi günü-gündən inkişaf edir və hazırda bu inkişafa görə dünyanına qabaqcıl ölkələrindən biridir. Belə ki, ötən illərdən icrasına başlanılmış tikinti işləri başa çatdırılmış 56 istehsal müəssisəsi ilə yanaşı, cari ilin iyununda 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılmış və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Yaxın zamanlarda daha 2 zavodun – artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması, mexaniki emalı və həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur. Eyni zamanda, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr - piroksilin, ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də, müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri də davam etdirilir. 
Dərsdə şagirdlərə Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində yaradılan və istehsal olunan məmulatlardan müxtəlif növ döyüş sursatlar, müasir atıcı və artilleriya silahlar, pilotsuz uçuş aparatları, zirehli texnikalar nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi