Məktəbimizdə "Riyaziyyat Kainatın tarixidir" adlı fənn aylığı keçirilir

Tədrisin keyfiyyətini yüksəltmək və şagirdlərin dərsə olan marağını artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu səbəbdən, məktəbin fəaliyyət planında fənn aylıqlarının təşkili nəzərdə tutulmuşdur. Belə ki, dekabr ayı ərzində "Riyaziyyat Kainatın tarixidir" adlı fənn aylığı keçirilir. Hazırlanan tədbirlər planına əsasən, nümunəvi dərslərin keçirilməsi, 5-8-ci siniflərdə monitorinqlərin aparılması, 9-11-ci siniflər arasında məntiq testinin keçirilməsi, İKT vasitəsi ilə paralel siniflər arasında onlayn sual-cavab müsabiqəsi, rus bölməsinin 5-8-ci sinifləri arasında viktorinanın keçirilməsi, 8-ci sinifdə "Dəyirmi masa"nın təşkili və "Əlaçı" verilişinin məktəbdə təşkili nəzərdə tutulmuşdur.
Artıq "Riyaziyyat Kainatın tarixidir" adlı fənn aylığına start verilmişdir. Belə ki, 10-14 dekabr tarixlərində 5-8-ci siniflərdə yaradılmış komissiyanın nəzarəti ilə monitorinqlər aparılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi