“Gələcəyimiz üçün ağac əkək” devizli ağacəkmə aksiyası keçirildi

12 dekabr tarixində Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Gələcəyimiz üçün ağac əkək” devizi altında növbəti ağac əkmə aksiyası keçirib. 
Aksiya çərçivəsində 200-dən çox həmşəyaşıl və meyvə ağacları, qızılgül kolları əkilmiş, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılaraq, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. Aksiyanın keçirilməsində məqsəd, hələ Ulu öndər Heydər Əliyevin Sovet dövründə Azərbaycanda həyata keçirdiyi “Hərəyə bir ağac əkək” şüarının davamı olaraq, yeni ağaclar əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, şagirdlərin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Bu cür aksiyalar məktəbdə mütəmadi olaraq təşkil edilir, ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə şagirdlərin diqqətinə çatdırılır. Müəllimlərimiz daim şagirdləri ekoloji problemlərə qarşı mübarizəyə səsləyir, müxtəlif maarifləndirici proqramlara qoşularaq ictimayətin diqqətini ekoloji problemlərin həllinə yönəldirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi