"Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan gəncliyinə nümunədir” mövzusunda "Dəyirmi masa" keçirilib

Bu gün məktəbimizdə “Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan gəncliyinə nümunədir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Dövlət Himninin ifası ilə başladı. "Dəyirmi masa"da giriş söz ilə çıxış edən tədbirin təşkilatçısı Zümrüd Əliyeva, dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətindən danışıb. O vurğulayıb ki, Heydər Əliyev ən çətin və mürəkkəb şəraitlərdə Azərbaycanın müstəqilliyi və xalqın mənafeyi naminə özünün, hətta yaxınlarının həyatını belə təhlükədə qoymaqdan çəkinməyib. 
Sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Tural Hətəmov qeyd edib ki, bu günkü həyatımızın bütün sahələrində, o cümlədən iqtisadi, siyasi, mədəni, hüquqi, beynəlxalq və s. sahələrdə əldə olunan nailiyyətlər məhz Heydər Əliyev kursuna sadiqliyin, onun ideyalarından dönməzliyin nəticəsidir.
Daha sonra şagirdlər Ulu Öndər Heydər Əliyev şəxsiyyətini vəsf edən şeirlər söylədi, çıxışlar etdilər. 
Sonda məktəb direktoru Təhmasib Məmiyev Azərbaycan dövlətçiliyinin tarixində əbədi yer tutan ulu öndərin xalqımızın suverenliyinin möhkəmləndirilməsi və inkişafında xüsusi rolunu qeyd edərək, ümummilli liderin fəaliyyətinin indiki və gələcək nəsillər üçün nümunə olduğunu, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi