Milli Qəhraman Mübariz ibrahimovun anadan olmasının 28 illiyi qeyd olundu

10.02.2015. Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbdə Milli Qəhrəman Mübariz İbrahimovun ad gününə həsr olunmuş silsilə tədbirlər artıq 4-cü ildir ki keçirilir. Məktəbin Fəaliyyət planında 2015-2016- cı tədris ilində keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında Milli Qəhraman Mübariz ibrahimovun anadan olmasının 28 illiyi münasibəti ilə silsilə tədbirlərin keçililməsi nəzərdə tutulmuşdur.Milli Qəhramana həsr olunmuş 3-6-cı siniflər arasınada "Şən startlar" idman yarışı", 9-11-ci siniflər arasında "Bilik yarışı", "İnşa müsabiqəsi", "Rəsm müsabiqəsi" keçirilmişdir.7 Fevral tarixində 230 N-li tam orta məktəbin çağrışı ilə, bir neçə məktəblə birgə Milli Qəhramanımızın məzarı ziyarət edilmişdir. Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun ad gününə həsr olunmuş silsilə tədbirlərin yekunu olaraq 230 saylı tam orta məktəbdə "Hamımız Mübarizik" adlı tədbir keçirildi.Tədbirdə məktəbimizin müəllim-şagird kollektivi ilə yanaşı, Mübariz İbrahimovun təhsil aldığı M.Piriyev adına Əliabad kənd tam orta məktəbin müəllim kollektivi, şair-publisist Balayar Sadiq ,Milli Qəhrəmanlar Birliyinin nümayəndələri iştirak etdilər.Tədbirdə şagirdlər Mübariz İbrahimova həsr olunmuş şeirlər ifa etdilər.Sonda tədbirlər çərçivəsində keçirilən müsabiqələrin qalibləri məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi