Ümümmili lider Heydər Əliyevin anım gününə həsr olunmuş sinif təşkilat saatları keçirilir

Ümümmili lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq tədbirlər planında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətininin öyrənilməsi məqsədilə sinif təşkilat saatlarının keçirilməsi, filmlərin nümayişi, müxtəlif müsabiqələrin təşkili nəzərdə tutulmuşdur. 
Belə ki, 7 dekabr tarixində 9c sinfində Ümümmili lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş sinif təşkilat saatı keçirilmiş və sənədli film nümayiş olunmuşdur. 
Eyni zamanda 6c sinif şagirdləri Həyat bilgisi dərsində Heydər Əliyevin anım gününə həsr olunmuş divar qazeti hazırlamış və Ümümmili lider Heydər Əliyevin xatirəsini yad etmişdilər.
Sinif rəhbəri Ellada Əhmədova şagirdlərə çatdırmışdır ki, hər bir Azərbaycan vətəndaşının düşüncəsində Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçilik məfkurəsinin əsasını qoyan dahi bir şəxsiyyət kimi dərk olunur. Azərbaycanın uğurları, reallıqları, bütövlükdə qarşımızda açılan geniş perspektivlər bilavasitə Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin, müdrikliyinin və onun müəyyənləşdirdiyi siyasətin nəticəsidir. 
Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni-yeni hədəflərin gerçəkləşdirilməsinə geniş yol açır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi