Beşinci siniflərdə C.Cabbarlının "Dilarə" hekayəsininin müzakirəsi aparılmışdır

Şagirdlərin mütaliəyə həvəsləndirilməsi, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində bədii təxəyyülünün və məntiqi təfəkkürünün inkişafında, vətəndaşlıq tərbiyəsində mütaliənin rolu böyük əhəmiyyət kəsb edir. Bu cəhətdən məktəb kitabxanasında şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması və kitabxanaya maraq artırmaq məqsədi ilə ədəbiyyat müəllimlərimiz Əzəmət Quliyeva və Günay Ağabəyova 5a və 5ç sinifləri ilə görkəmli dramaturqumuz Cəfər Cabbarlının "Dilarə" əsərinin müzakirəsini təşkil etmişlər. Müzakirə zamanı qeyd olunub ki, iyirminci əsrin əvvəllərində təhsil almağın əlçatmaz bir arzu olduğu, təhsildən kənarda qalan və savadsız cəmiyyətin əksinə olaraq bu gün, müasir dövrümüzdə şagirdlərin təhsil alması üçün hər cür şərait yaradılmışdır. Bu imkanlardan hər bir şagird lazımınca istifadə etməli, biliyə savada və elmə yiyələnməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi