İkinci sinifdə “Üçrəngli bayraq” mövzusunda açıq dərs keçirildi

Bu gün ibtidai sinif müəllimimiz Mətanət Şamilova 2d sinfində Azərbaycan dili fənnindən “Üçrəngli bayraq” mövzusunda açıq dərs keçdi. Dərsdə şagirdlər bayraq haqqında bildiklərini, bilmək istədiklərini qeyd ediblər. Dərslikdəki “Üçrəngli bayraq” şeiri oxunub, təhlil edilib. Tədqiqatın aparılması üçün şagirdlər 4 qrupa bölünərək onlara verilən tapşırıqları yerinə yetirib, təqdimat ediblər. Təqdimat dinlədildikdən sonra müzakirə aparılıb. 
Müəllim “Azərbaycan bayrağı” adlı dinləmə mətnini səsləndirib. Sonda bir daha fikirlər ümumiləşdirərək belə bir nəticəyə gəlindi ki, hər bir müstəqil dövlətin öz rəmzləri var. Onlardan biri də bayraqdır. Bayraq bizim suverenliyimizin rəmzidir. Hər birimiz bayrağımızı sevməli və onu ən müqəddəs varlığımız kimi uca tutmalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi