Məktəbimizdə “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı həyata keçirilir

“Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramının təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrində qeyd edildiyi kimi, Ekoloji problemlərin artması, təbii resurslardan səmərəsiz istifadə ekoloji etik qaydaların müasir prinsiplərinə əməl edilməsi və ətraf mühitin mühafizəsi məsələsini bu sahədə çalışan qurumlarla yanaşı, cəmiyyətin ümumi işinə çevrilməsi zərurətini yaratmışdır. 
Bu səbəb ilə məktəbimizdə şagirdlərin kütləvi ekoloji tədbirlərə cəlb olunması, onlara ekosistem xidmətləri, təbii ehtiyatların səmərəli istifadəsi, tullantıların utilizə edilməsi prosesi və s. məsələlər daim diqqət mərkəzindədir. Belə ki, məktəbimizdə daim şagirdlərin, müəllimlərin və valideynlərin ümumi ekoloji mədəniyyətinin artırılması; - Şəhərlərdə və regionlarda ətraf mühitin ekoloji vəziyyətinin yaxşılaşdırılması; - Uşaq və Gənclərinin ətraf mühitin mühafizəsində, ekolji problemlərin həllində iştirakının artırılması; - Ətraf mühitin mühafizəsi məsələsinə ümumi marağın və diqqətin artırılmasına dair maariflənmə işi aparılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi