Qarabağ xalçaları şagirdlərə tanıdıldı

8b sinif şagirdləri Qarabağ tarixi fənnində Qarabağ xalçalarının bir neçə nümunələri ilə tanış olmuş və bu xalçaları hazırlamağı bacaran şagirdlərin sayəsində əyani olaraq xalça toxuma sənəti ilə də tanış olmuşlar. Onlar yunun necə əyrilib ip halına salınması,onun boyanması və xalçanın toxunması ilə yaxından tanış olmuşlar. Sonda əldə olunan kiçik xalça nümunələrini dərsdə nümayiş etdirmişlər. 
Tarix müəllimi Tural Hətəmov şagirdlərə çatdırmışdır ki, mənfur ermənilər Qarabağ xalçalarını daim öz adlarına çıxmağa çalışırlar. Bu xalçalar bizim maddi sərvətimizdir və onların toxunma üsullarını öyrənməli və gələcək nəsillərə çatdırmalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi