1 Dekabr- Ümumdünya QİÇS-lə mübarizə günüdür

1 Dekabr- Ümumdünya QİÇS-lə mübarizə günüdür. Hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən biri də hər yerdə "SPİD" adlandırdığımız qazanıl­mış immun çatışmazlığı sindromu - QİÇS-lə mübarizədir. Bu qorxulu xəstəliyi virus törədir. Xəstəliyin beynəlxalq işarəsi AİDS-dir.
Bu gün 1 Dekabr- Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar olaraq məktəbin akt zalında yuxarı sinif şagirdlərinin iştirakı ilə "QİÇS və narkomaniya bəşəriyyətin bəlasıdır" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə QİÇS-in yaranma tarixi, ondan qorunma yolları, yoluxma riskləri haqqında şagirdlərə geniş məlumat verildi. Videoçarxlar nümayiş olundu, bu xəstəlikdən qorunma yolları haqqında diskussiya aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi