Şahmatçılarımız üçüncülük qazandı

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə atletika, şahmat, voleybol, basketbol idman növləri üzrə "Məktəblilər Arasında Respublika Çempionatı" keçirir. 
24 noyabr tarixində yarışın rayon mərhələsində iştirak edən məktəbimizin şahmatçılarından ibarət komandası gərgin mübarizənin sonunda üçüncülük qazanmışdır. Şagirdlərimizi bu uğur münasibətilə təbrik edir, daha da yüksək nailiyyətlər qazanmağı arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi