Milli Dirçəliş Günü qeyd olundu

1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır.
1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Bu əlamətdar gün münasibətilə 16 noyabr tarixində 230 nömrəli məktəbin və Şüvəlan Qəsəbə Mədəniyyət Evi ilə birgə bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Təhmasib Məmiyev bu günün önəmindən bəhs etdi. Xalqımızı daim bir olmağa səslədi.
Ardınca mədəniyyət evinin və məktəbimizin şagirdlərinin hazırladığı konsert proqramı hər kəsin alqışları ilə qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi