Fənn olimpiadalarının məktəbdaxili mərhələsi keçirilmişdir

Məktəbin Fəaliyyət Planına uyğun olaraq bu gün fənn olimpiadalarının məktəb mərhələsi keçirilmişdir. 
Olimpiada V-XI sinifləri əhatə edirdi. Olimpiada xüsusi komissiyanın nəzarəti ilə tam şəffaf, ədalətli və aşkarlıq prinsiplərinə uyğun keçirildi. 
Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı
fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi