Şagirdlərimiz “Caspian Ecology 2018” sərgisində iştirak etdilər

14 Noyabr tarixində Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq Ətraf mühit “Caspian Ecology 2018” sərgisi öz işinə başlamışdır. Məktəbimiz artıq 2-ci dəfədir ki, bu sərgiyə dəvət alıb. 
Xəzəryanı və Qafqaz regionlarında hər il keçirilən və ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əlamətdar tədbir sayılan bu sərgi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.
Sərginin keçirilməsində məqsəd aparıcı yerli və xarici şirkətlərin innovativ texnologiyalarının nümayiş etdirilməsi, dövlət və özəl təşkilatlar arasında perspektiv əməkdaşlıqların qurulması və təcrübə mübadiləsinin aparılması, eləcə də əhalinin ekoloji baxımdan maarifləndirilməsindən ibarətdir. 
Ümumiyyətlə, “Caspian Ecology 2018” sərgisində təbii ehtiyatlardan səmərəli şəkildə istifadə sahəsində məhsullar, sülb (sərt) tullantıları toplama və utilizasiya sistemləri nümayiş etdirilməklə, insanların diqqəti ətraf mühitin mühafizəsi problemlərinə və onların həllinə yönəldilir. Şirkətlər tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, su təmizləmə sistemləri, kağız və karton məmulatlar, neft-qaz kəşfiyyatı və emalı üzrə xidmətlər, sentrifuqa texnologiyaları və bir sıra digər məhsulları təqdim edir.
Beləliklə, beynəlxalq “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsinə, təcrübə mübadiləsinə, sənayenin yeni avadanlıq və tendensiyaları ilə tanışlığa kömək edir və ətraf mühitin yaxşılaşdırılması və mühafizəsi istiqamətində həyata keçirilən işə əlavə təkan verir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi