Bayrağımızın 100 illiyinə həsr olunmuş "Bilik yarışı" keçirildi

Məktəbimizin 10a sinif şagirdləri Həsənov İsmayıl və Abasov Anar AXC-nin yaradılmasının və üçrəngli bayrağın 100 illiyi münasibəti ilə "100 yaşlı sevdiyim" adlı məktəbdaxili bilik yarışı təşkil etdilər.

Yarışda 8 komanda iştirak edirdi. Yarış 3 mərhələdə keçirildi. İlk mərhələdə 4, ikinci mərhələdə 2 oyun keçirildi. Üçüncü mərhələdə isə final oyunu baş tutdu. Final mərhələsində komanda üzvləri suallara tək-tək cavab verdilər. Sonda qaliblər məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi