Metodbirləşmə rəhbərlərinin iclası keçirilmişdir

Bu gün məktəbimizdə metodbirləşmə rəhbərlərinin iclası keçirilmişdir. Qeyd edək ki, ümumtəhsil müəssisələrində fəaliyyət göstərən fənn metodbirləşmələrinin işi Təhsil Qanunu, Təhsil Nazirliyinin əmr, sərəncam, təlimat, göstəriş və digər normativ sənədlərinin əsasında təşkil edilir. 
İclası giriş sözü ilə açan məktəb direktoru Təhmasib Məmiyev bildirdi ki, fənn metodbirləşmələrinin məktəbin fəaliyyətində rolu böyükdür. Metodbirləşmələrin vasitəsi ilə hər bir müəllimin elmi-praktik , bu günün tələblərinə cavab verə biləcək, metodik səviyyəni yüksəltmək, tədrisin keyfiyyətini yaxşılaşdırmaq, müəllimin hərtərəfli hazırlıq səviyyəsini artırmaq imkanlarını yaradır. Qabaqcıl təcrübəyə malik müəllimlərin təcrübəsindən yararlanmağa, gənc müəllimlərə kömək məqsədi ilə onların dərslərinin dinləmələrinə şəraitin yaranmasına kömək edir.
TTİ üzrə direktor müavini çıxışıda qeyd etdi ki, metodbirləşmə qovluğunda metodbirləşmə üzvləri haqqında məlumat, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətlərində görüləcək tədbirlər, təlimin nəzəri məsələlərinə həsr olunmuş pedoqoji oxu mülahizələr, gənc müəllimələrlə iş, qarşılıqlı dərs dinləmə, fənn olimpiyadalarının hazırlıq keçirilməsi ilə bağlı, fənn üzrə sinifdənxaric və məktəbdənkənar işlər, şagirdlərin meyl, maraq və qabiliyyətlərinin öyrənilməsi istiqamətində aparılacaq işlər, istedadlı şagirdlərlə iş haqqında görüləcək işlər planı olmalıdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi