Şagirdlərimiz "Həyat bilgisi" dərsində mövzuya uyğun bukletlər hazırladılar

Məktəbimizin 7c sinif şagirdləri, həyat bilgisi dərsində keçilən mövzuya uyğun olaraq bukletlər hazırlamış və nəticədə dərsi daha maraqlı və səmərəli etmişlər. 
Müəllim dərsdə şagirdlərin nəzərinə çatdırmışdır ki, insan cəmiyyəti daim yeniləşən qaydalarla təmzimlənən münasibətlərin təsir gücünün böyük olduğu cəmiyyətdir. Bu baxımından bizim cəmiyyət qarşısında öhdəliklərimizin olması mütləqdir. İnsan kimi ətraf mühitin qorunması, təbiətin mühafizəsinə önəm verilməsi, canlılarla münasibətlərin düzgün qurulması, bizim ilkin insanlıq vəzifələrimizdir. Yaşlılara və yetəri qayğının göstərilməsi, vətəndaş kimi dövlətin qanunlarına əməl edilməsi üzərimizə düşən əsas vəzifələrimizdəndir. Misal olaraq,dövlət rəmzlərimizin qorunması, vergilərin vaxtı vaxtında ödənilməsi, maddi, mənəvi, tarixi abidələrimizə göstərilən sayğı və onun başqalarından tələb edilməsi bizim bir vətəndaş olmaqdan əlavə bir insanlıq borcumuzdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi