"Həmkara dəstək" məktəbdaxili təlimlər keçirildi

Məktəblilərin qış tətilinə buraxılmasından səmərəli istifadə edən Fuad Fərhadoğlu adına 230 N-li tam orta məktəb rəhbərliyi 27-29 yanvar tarixlərində "Həmkara dəstək" məktəbdaxili təlimlər həyata keçirdi.Təlimlər bir neçə mövzu üzrə keçirildi. "Sinif rəhbərlərinin fəaliyyət istiqamətləri" mövzusunda təlimi məktəbin direktoru Elşən Qafarov, "Temperament tipləri və xarekterlərin müəyyən olunması" mövzusunda təlimi məktəbin psixoloqu Nailə Talışxanova, "Kurikulum təliminin tətbiqində qarşıya çıxan çətinliklər,onların aradan qaldırılması" mövzusunda seminarı məktəbin kimya müəllimi Dilarə Əhmədova, "WEB alətlərin tədrisə tətbiqi "mövzusunda seminarı Vüsalə Hüseynova keçdi. Məktəbin pedaqoji kollektivi tərəfindən təlimlər və seminarlar maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi