Milli Müstəqillik Günü qeyd olundu

Məktəbin Fəaliyyət Planınına uyğun olaraq 18 Oktyabr- Dövlət Müstəqilliyi silsilə tədbirlərlə qeyd olundu. Bu gün akt zalında təşkil olunan "Müstəqilliyimiz əbədidir, dönməzdir" adlı tədbir keçirilmişdir. Tədbirdə şagirdlərə müstəqillik tarixi haqqında məlumat verilmiş, həmin tarixi özündə əks etdirən videoçarxlar nümayiş olunmuşdur. 
Tarix müəllimi Qərənfil Əsədova qeyd edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Artıq Azərbaycan Respublikası 27 ildir ki, müstəqil və suveren dövlətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi