Bədii qiraət müsabiqəsinin növbəti mərhələsi keçirildi

22.01.2016 - cı il tarixində şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədi ilə məktəbimizin "Fəaliyyət planında" bədii qiraət müsabiqəsinin keçirilməsi planlaşdırılmışdır. Müsabiqənin əsasnaməsinə əsasən, müsabiqənin bir neçə mərhələdə keçirilməsi nəzərdə tutulmuşdur. 30 dekabr 2015-ci il tarixində keçirilən birinci mərhələ Həmrəylik Gününə həsr olunmuş və yüksək nəticə göstərən şagirdlər növbəti mərhələdə iştirak etmək hüququ qazanmışdır. Müsabiqənin növbəti mərhələsi bu gün keçirildi və müsabiqə Vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizə həsr olundu. Şagirdlər yüksək ruhla müsabiqədə iştirak etdilər və münsiflər heyətinin qiymətləndirilməsinə əsasən, yüksək nəticə göstərən iştirakçılar fevral ayında keçirilməsi nəzərdə tutulan ana dilinə həsr olunmuş müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazandılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi